19 may 2016 19:30
Qəbələnin forvardı Portuqaliya ilə oyuna çağırıldı
Estoniya yığmasının qarşıdakı Litva (29 may), Andorra (1 iyun), Latviya (4 iyun) və Portuqaliya (8 iyun) ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, 30 nəfərlik heyətdə "Qəbələ"nin hücumçusu Sergey Zenyovun da adı var.
Qeyd edək ki, Zenyov bir neçə ay idi zədə səbəbindən oynamırdı.
