19 may 2016 19:00

Adil Nağıyev: Azərbaycan çempionatından daha güclü liqaya keçmək çətindir

"Zirə"nin müdafiəçisi Adil Nağıyevin azerisport.az saytına müsahibəsi

- İlk dəfə Azərbaycan yığmasına dəvət olundunuz. Milliyə çağırılacağınızı gözləyirdiniz?
- Bu dəvətə görə çox sevinirəm. Mənim üçün gözlənilməz dəvət oldu. Amma özümə inanırdım. Yığmaya dəvət olunmağımda klubumun, məşqçilərimin rolunu qeyd etmək lazımdır. Mənə əsas heyətdə oynamaq şansı yaratdıqlarına görə təşəkkürümü bildirirəm. Özümü millidə də yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Robert Prosineçkinin sizi hansı keyfiyyətlərinizə görə milliyə dəvət etdiyini düşünürsünüz?
- İlk növbədə Prosineçkiyə bu dəvətə görə minnətdaram. Məni yığmaya dəvət edibsə, deməli, nəyəsə qərar verib. Hər halda mənim oyunum barədə özü daha yaxşı bilir.

- Bir neçə il öncə düşünürdünüz ki, nə vaxtsa əsas milliyə dəvət ala bilərsiniz?
- Düzünü deyim ki, yox. Heç vaxt ağlıma da gəlməzdi ki, 20 yaşım olanda milliyə dəvət alaram. Amma milliyə dəvət almaq hələ bu komandaya həmişə çağırılacağımdan xəbər vermir. Özümü yaxşı tərəfdən göstərməyim lazımdır. Daim "Zirə"nin əsas heyətində oynamalıyam. Yalnız belə olan halda mənə inanıb, milliyə dəvət edəcəklər. Bu yaşda mən ancaq öz oyunum barədə düşünməliyəm.

- Təsadüfən Prosineçki ilə söhbət etməmisiniz?
- Xeyr, söhbətimiz olmayıb. Bilirəm ki, oyunlarımızı izləməyə gəlirdi. O, gənclərdən ibarət millimizin Antalyadakı oyunlarını da canlı izləyirdi. Amma mənə yığmaya dəvət oluna biləcəyimi heç kim söyləməmişdi. İndi kim oynayırsa, ona da dəvət göndərilir.

- Yeri gəlmişkən, Prosineçki bir neçə gənc futbolçu ilə yanaşı, sizi də mayın 27-də Sloveniyaya, U-21-in düşərgəsinə yola salacaq...
- Bəli, xəbərim var. Toplanışa əsas yığmamızın heyətində, mayın 23-də Avstriyada start verəcəyəm. Ayın 26-da Andorra ilə oyunumuz var. Bu oyunda sonra isə mən və daha iki futbolçu Sloveniyaya, U-21-in düşərgəsinə gedəcəyik. Bu, mənim planlarımı dəyişmir. Hər iki komandanın düşərgəsinə özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm.

- "Zirə"dəki çıxışınızdan razısınız?
- Fikrimcə, yaxşı çıxış etdim. Ümid edirəm ki, bundan sonra daha yaxşı olacaq.

- Mövsümə sağ cinah müdafiəçisi kimi başlayıb, sonradan stopper mövqeyinə keçdiniz. Özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
- Bəli, haqlısınız. Amma mənə müdafiənin mərkəzində oynamaq daha xoşdur.

- Sizcə, klubunuz nəyin sayəsində debüt mövsümündə gümüş medallara sahib çıxa bildi?
- "Zirə"nin ikinci olacağına heç kim inanmırdı. Yaxşı kollektivimiz var. Bu uğuru özümüzə olan inamla, məşqçilərin qoyduğu tələbləri düzgün yerinə yetirməklə əlaqələndirərdim. Biz çox əziyyət çəkdik və zəhmətimizin haqqı kimi bu ikinciliyə layiq idik.

- Başqa klublardan təklif almısınız?
- Daha güclü çempionatda oynamaq istərdim. Amma Azərbaycandan xaricə getmək çətindir. Ümid edirəm ki, gələcəkdə bu arzumu reallaşdıra biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.