19 may 2016 16:20
Qarabağ - Neftçi finalı 30 manata!
25 may tarixində “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan kubokunun final görüşünün biletləri artıq satışa çıxmaq üzrədir. Azerisport.az xəbər verir ki, stadionun sektorları komandalar arasında bərabər bölünüb.
Belə ki, 1-13-cü sektorlar “Qarabağ”, 16-28—ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarındadır. Peşəkar Futbol Liqası tərəfindən çap olunan biletlər artıq klublara təhvil verilib. Bilet satışını klublar həyata keçirəcəklər.
Qeyd edək ki, biletlər sektorlardan asılı olaraq, 1, 3, 5 və 30 manata satılacaq.


