19 may 2016 16:40
Finaldan öncə Portuqaliya və İspaniyanın baş məşqçisi mətbuatla görüşəcək
Mayın 20-də “Boulevard Hotel Baku”nun “Nağıyev” zalında UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin final oyununda qarşılaşacaq Portuqaliya və İspaniya komandasının baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, mətbuat konfransı saat 14:00-da başlayacaq.
