19 may 2016 15:00
"Azərbaycanla oyunlardakı yaxşı statistikanı davam etdirmək istəyirik"
Futbol üzrə Makedoniya yığmasının baş məşqçisi İqor Angelovski Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Azərbaycanla oyunlarda yaxşı statistikamız var. Bu uğurlu seriyanı davam etdirməyimizi istərdim. Son üç oyundakı məğlubiyyətdən (Bolqarıstan, Sloveniya və Livan) sonra bu dəfə bizə qələbə lazımdır ki, komandaya olan inamı bərpa edək".
Qeyd edək ki, Makedoniya - Azərbaycan matçı mayın 29-da keçiriləcək.
