19 may 2016 14:40
Orxan Sadıqlı: Rəvana qalib gəlsək də, elitada qalmağımız sual altındadır
"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində qarşılaşacaqları "Rəvan"la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim cari mövsümdəki son oyunumuzdur. Premyer Liqada qalmaq üçün da son şansdır. Hər şey öz əlimizdədir. "Rəvan"a qalib gəlib, sonuncu pillədən çıxmaq istəyirik. Əvvəlki turda "Rəvan" "Qarabağ"a qalib gəldi ki, bunu gözləmirdim. Amma futbolda hər şey olur. Biz son turda "Rəvan"ı məğlub etsək belə, yenə Premyer Liqanı tərk etməyimizə dair təhlükə var. Çünki növbəti mövsüm üçün lisenziya almamışıq. Ümid edirəm ki, lisenziya alıb, yenidən Premyer Liqada çıxış edəcəyik. Hər şeyə mayın 30-dan sonra aydınlıq gələcək".
