19 may 2016 13:40
Ramazan Abbasov: Rəvan rəhbərliyi borcun bu gün ödəniləcəyinə söz verib
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oyun öncəsi klubda yaranmış vəziyyətdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, bu günə təyin olunan məşqimiz baş tutacaq. Klub rəhbərliyi bu gün borcun ödəniləcəyinə söz verib. Yalnız belə olan halda axşam məşqinə çıxa bilərik. Fikrimcə, problem olmayacaq. Rəhbərlik söz verib. Biz nə tələb edirik ki? Sadəcə, neçə aydır yığılıb qalan borcumuzu almaq istəyirik. Hansı ki, söz verdikləri halda, ödəmirlər. Sabah bizi vacib oyun gözləyir. Biz də borcun ödənilməsini istəyirik ki, bu oyunda başqa problemlər barədə düşünməyək".
