19 may 2016 12:00

Elnur Məmmədov: 12-ci oyunçu Neftçiyə heç vaxt olmadığı qədər lazımdır

25 mayda Tofiq Bəhramov adına respublika stadionunda "Neftçi" və "Qarabağ" futbol klubları arasında keçiriləcək Azərbaycan kuboku uğrunda final matçından əvvəl paytaxt klubunun icraçı direktoru Elnur Məmmədov fikirlərini bölüşüb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Elnur müəllim, qarşıdakı oyun barədə nə düşünürsünüz?
- 25 mayda futbol bayramı keçiriləcək. Ona görə də biz "Neftçi"in bütün azarkeşlərini belə məsuliyyətli oyunla əlaqədar gənc komandamıza dəstək olmağa çağırırıq.

- Necə fikirləşirsiniz, bu görüşü tarixi matç adlandırmaq olarmı?
- İş burasındadır ki, "Neftçi" və "Qarabağ" futbol klubları arasındakı hər matçı tarixi oyun adlandırmaq olar. Bu komandalar arasındakı görüşlər hər zaman olduqca gərgin, maraqlı keçir. Hər iki klub bir-biriylə oyuna hər zaman ciddi hazırlaşır. Hər oyunçu oyuna fokuslanır ki, özünü yaxşı tərəfdən göstərə bilsin. Bizi çox dinamik və baxımlı oyun gözlədiyini fikirləşirəm. Matç həm də o baxımdan əlamətdardır ki, o, Tofiq Bəhramov adına stadionda keçiriləcək. Keçən əsrin 50-ci illərindən etibarən "Neftçi" görüşlərini bu stationda keçirir, ona görə də bu arena bizim üçün doğmadır.

- Bu görüşdə qalib gəlmək "Neftçi" üçün nə qədər vacibdir?
- Çox! Biz "Neftçi" fanatlarının sayəsində qalib gələcəyik, onlar hər zaman hər şeyə rəğmən komandalarını dəstəkləyiblər. Onlar klubla birgə bütün regionlara səfərlər edirlər. Çoxları inanmırdılar ki, biz Azərbaycan Kubokunun finalına çıxa və yeddinci pillədən o yana keçə bilərik, axı mövsüm "Neftçi" üçün heç də yaxşı başlamamışdı. Biz həqiqətən irəliləməkdə çətinlik çəkirdik, ancaq biz bunu edə bildik və indi tarixi qələbənin bir addımlığındayıq. Belə sadiq və vəfalı azarkeşləri olan komanda uğur qazanmağa layiqdir! İşçilər gəldi-gedərdilər, rəhbərlik müntəzəm olaraq dəyişir, futbolçular karyeralarını başa vurur, veteranlara çevrilirlər, azarkeşlər isə həmişə qalır.

- "Neftçi"nin qələbə üçün şansları nə qədərdir?
- Dünya furbolu tarixində belə faktlar kifayət qədərdir: gənc ambisiyalı komanda prestijli avrokubokların titullarını qazanıb və ən sərt skeptikləri belə təəccübləndirib. Məsələn, "Ayaks" bir zamanlar gənc futbolçularla Çempioanlar Liqasının kubokunu qazanıb, ancaq əvvəlcə bunu heç kim güman edə bilməzdi. Əgər "Ayaks" bunu gerçəkləşdirə bilibsə, biz də öz gənc futbolçularımızla tarixi matçda zəfər qazana bilərik. Azərbaycan kubokunu qazanmaq üçün bizim uşaqlarda hər şey var: istək, motivasiya, fiziki və taktiki hazırlıq!

-  Sonda, siz oyun barədə öz proqnozunuzu verə bilərsinizmi?
- Futbol öz gözlənilməzliyi ilə maraqlıdır. Onun gözəlliyi də elə bundadır. Ona görə də mən proqnoz verməyəcəm. Qeyd edim ki, bizim gənc komandamız var, ona görə də 12-ci oyunçunun dəstəyi ona heç vaxt olmadığı qədər vacibdir. Biz "Neftçi"nin azarkeşləri ona 70-80-90-cı illərdə necə azarkeşlik edirlərsə, elə azarkeşlik etmələrini istəyirəm. 70-ci ilin azarkeşlərinin övlad və nəvələrinin yenidən stadionda öz yerini tutmalarını görmək çox gözəl bir hadisə olardı. Çox istərdik ki, "Neftçi"yə azarkeşlik irsən keçsin!

"Neftçi" öz azarkeşləri ilə birlikdə böyük, mehriban ailədir. Əlbəttə, bu böyük ailənin bütün üzvlərini bir toplamaq qeyri-mümkündür, ancaq onun əhəmiyyətli hissəsini stadionda olmasından böyük məmnunluq duyardım. Axı stadionun dolması - ən yaxşı motivasiyadır.

ann.az

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.