19 may 2016 00:35
Stabekin futbolçusu: Azərbaycan yığmasına niyə dəvət edilmədiyimi bilmirəm
Norveçin "Stabek" klubunun yarımmüdafiəçisi Kazım Birkan Azərbaycan yığmasına dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məni Azərbaycan yığmasına niyə çağırmadıqlarını bilmirəm. Əvvəllər U-19-da oynayrdım. Amma sonradan dəvət göndərmədilər. Növbəti ildən Türkiyə yığmasına dəvət gözləyəcəyəm. Norveçdə mən legioner sayılıram. Belə oyunçuları Türkiyə yığmasına dəvət edirlər".
