18 may 2016 19:00
Neftçinin futbolçuları Makedoniyaya yollanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda və Makedoniyanın Strumiça şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, may ayının 23-dən iyunun 11-dək davam edəcək hazırlıq prosesinə "Neftçi” PFK-nın yetirmələrindən 4 futbolçu – Bahadur Həziyev, Ömər Buludov, Əli Şirinov və Sərxan Əhmədli dəvət olunub.
Qeyd edək ki, Bahadur Həziyev Bakıda keçirilən Avropa çempionatında U-17 milli komandamızın heyətində çıxış edib. Ömər Buludov ilə Əli Şirinov "Neftçi”nin əvəzedici, Sərxan Əhmədli isə U-19 komandasının üzvüdür.
