18 may 2016 17:20
Aygün Kazımova kubokun finalında
Azərbaycan Kubokunun 25 mayda keçiriləcək final görüşündən öncə konsert proqramı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, saat 19:00-da başlanacaq proqramda Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova, eləcə də Rauf iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək final oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlanacaq. (PFL)
