18 may 2016 16:40
Kamran Quliyev: Buna mən yox, klubun Müşahidə Şurası qərar verəcək
"Sumqayıt"ın prezidenti Kamran Quliyev yayda komandanın heyətinə legioner futbolçu qatmaq ehtimalı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Növbəti mövsüm üçün heyəti formalaşdırmaq barədə müzakirə aparmamışıq. Belə strateji qərarları klub prezidenti və ya baş məşqçi qəbul etmir. Bu və digər məsələlər "Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclasında müzakirə olunacaq. Həmin iclas mövsüm başa çatandan sonra keçiriləcək".
