Amiran Muciri: Bakıda oynadığım dövrdə kimin çempion olacağı son anadək bilinmirdi
"Bakı"nın sabiq yarımmüdafiəçisi Amiran Muciri ölkəmizdəki karyerası ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, ötən günləri belə xatırlayıb:
"Azərbaycan futbolu ilə maraqlanıram, klublarınızın avrokuboklardakı oyunlarına baxıram. Məsələn, bu mövsüm "Qarabağ"la "Qəbələ"nin qrup mərhələsindəki görüşlərini izləmişdim. Bu mövsüm hətta "Kəpəz", AZAL kimi klublar da avrokuboklarda oynaya bilər. Mən Azərbaycanda oynayanda "Xəzər Lənkəran", "Bakı", "İnter", "Karvan" kimi ciddi klublar var idi. Çempionatınız da çox gərgin mübarizə şəraitində keçirdi. Orada yüksək səviyyəli futbolçular çıxış edirdi. Maliyyə vəziyyəti də yaxşı idi. "Bakı"da elə oyunlarımız olub ki! Fikrimcə, Azərbaycanda ən yaxşı çempionat mən "Bakı"da çıxış etdiyim dövrdə idi. Çünki mövsümün sonunadək kimin çempion olacağı bilinmirdi".
