18 may 2016 15:30

Şahin Diniyev Kəpəzin milliyə dəvət alan futbolçularından danışdı

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada keçirəcəyi təlim-məşq toplanışında “Kəpəz”in də üç üzvü iştirak edəcək. Azerisport.az xəbər verir ki, Tərlan Quliyev, Namiq Ələsgərov və Budaq Nəsirov seçməmizin baş məşqçisi Robert Prosineçkinin dəvət göndərdiyi 29 futbolçu arasında yer alıb.

Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında milliyə cağırılan yetirmələri adına sevindiyini bildirib: “Komandanın məşqçisi kimi futbolçularımızın ölkənin əsas komandasına dəvət almasına şadam. Gördüyümüz işin və komandanın göstərdiyi oyunun müqabilində oyunçularımızın milliyə çağırılması xoşdur. Onların hər üçünə uğurlar arzulayıram və inanıram ki, “Kəpəz”i yığmada layiqli şəkildə təmsil edəcəklər. Milliyə mütamadi olaraq klubumuzdan oyunçuların dəvəti komandamızın səviyyəsindən xəbər verir. Belə görünür ki, biz işimizi düzgün istiqamətdə qurmuşuq və inkişaf edirik. Bu səbəbdən də futbolçularımız milli məşqçilərinin diqqət mərkəzinə düşür”.

Tərlanla Namiqdən fərqli, Nəsirov əsas yığmaya ilk dəfə dəvət olunub. Gənc futbolçu əvvəllər müxtəlif yaş qrupları üzrə millilərə çağırılsa da, əsas yığmaya dəvət almayıb: “Budaq komandadakı oyunu ilə özünü sübut edib. Onun millinin start heyətinə düşməsə belə, yığmaya namizəd olması sevindiricidir. Nəsirov yığmada ilk addımlarını atır, zəhmətsevər, meydanda sona kimi mübarizə aparan futbolçudur. Belə davam edərsə, yığmanın heyətində möhkəmlənə bilər”.

Qeyd edək ki, yığmamız toplanış müddətində Andorra, Makedoniya və Kanada ilə yoxlama oyunu keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.