Zaur Axundov: Millinin yeni baş məşqçisi gələn həftə bilinəcək
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Kolumbiyada keçiriləcək dünya çempionatının sabah baş tutacaq püşkatma mərasimi öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Potensial rəqiblərimizin hamısı müəyyənləşib. İlk iki səbətdə ən yaxşı komandalar yer alıblar. Üçüncü səbətdə yer alan kollektivlər nisbətən güclü olanlardır. Hansı komandalarla bir qrupa düşməyimizdən asılı olmayaraq, hədəfimiz qrupdan çıxmaqdır. Buna nail olsaq, daha da irəli getməyə çalışacağıq. Rəqiblər bəlli olan kimi, dünya çempionatına hazırlıq planlarımızı da müəyyənləşdirəcəyik. İndi əsas məsələ yeni baş məşqçi ilə müqavilə bağlamaqdır. Onun adı gələn həftə bilinəcək. Bundan sonra isə hazırlıq planımızı müəyyənləşdirəcəyik".
