18 may 2016 13:00
Qarabağ daha bir rekorda imza atmağa yaxındır
"Qarabağ" Topaz Premyer Liqasının son turunda AZAL-ı məğlub edəcəyi təqdirdə ən böyük fərqlə çempion olan komanda olacaq. Azerisport.az xəbər verir ki, hazırda ikinci pillədə qərarlaşan "Zirə"ni 19 xal qabaqlayan Ağdam klubu 19 xallıq fərqi qorusa belə, rekorda imza atacaq.
Qeyd edək ki, buna qədər ən böyük fərq 1998-ci ildə "Kəpəz"in çempionluğunda olub - 16 xal.
