18 may 2016 11:30

"Bu vəzifənin öhdəsindən gəlmək gücündəyik"

Topaz Premyer Liqasının 35-ci turunda AZAL-la qarşılaşan “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, klubun futbol akademiyasının yetirməsi olan Qismət Alıyev ardıcıl 2-ci qarşılaşmada “qırmızı-qaralar”ın formasında 90 dəqiqə meydanda olub. Klubun əsas komandasında 7-ci, Premyer Liqada 6-cı matçını keçirən 19 yaşlı dayaq yarımmüdafiəçisi son oyun və əsas heyətdə yer alması ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“AZAL-la oyun bizim üçün çox vacib idi. Bu üzdən meydana yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatıb, meydanı 3 xalla tərk etdik. Ardıcıl 2-ci matçdır 90 dəqiqə meydanda oldum. Elvin Camalov zədəli olduğundan “Qarabağ” və AZAL-la görüşlərdə baş məşqçimiz mənə şans verdi. Mən də bütün bacarığımı ortaya qoydum. Çalışacağam ki, əsas heyətə 1-2 oyunluq düşmədiyimi sübut edib, burada möhkəmlənim. Son oyuna gəlincə, öz çıxışımdan tam razı qalmadım. Çünki oyun praktikam azdır. Bu da özünü göstərir. Amma oynadıqca matçdan-matça irəliləyiş hiss edirəm. Hələ potensialımı tam aça bilməməyim də bununla bağlıdır. Rəşad Sadiqov, Aleksey Qay və digər təcrübəli futbolçularla yanaşı meydanda olduqca həm təcrübə, həm oyun praktikası qazanıram. Bu da daha yaxşı çıxış etməyə kömək edir”.

Qismət mövsümün Gəncədə keçiriləcək son oyunu haqda fikirlərini də açıqlayıb, bürünc mükafatların taleyi baxımından önəmli olan “Kəpəz”lə görüşün vacibliyini qeyd edib: “Qarşıda bizi mövsümün son oyunu gözləyir. Vacib və çətin qarşılaşma olacaq. Bilirik ki, “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır və nadir hallarda uduzur. Lakin bizə də yalnız qələbə lazımdır. Buna nail olmaq üçün var qüvvəmizi meydanda qoyacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik. Qələbə qazanmaq üçün hücumda yaxşı oynayıb, imkanları uğurlu şəkildə sona çatdırmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.