18 may 2016 00:45
"ÇL-in təsnifat mərhələsində Azərbaycana yollanmağımızı istəməzdim"
Bosniya və Herseqovina çempionu "Zrinski"nin baş məşqçisi Vinko Marinkoviç bəyan edib ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşmaqlarını istəmir. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:
"Düzünü desəm, hazırda potensial rəqiblərimizin hansı komandalar olduğunu bilmirəm. İstənilən halda uzaq ölkələrə - Azərbaycana, Qazaxıstana yollanmaqdan qaçmaq istərdim. Belə olan halda mən aşkar favorit və daha güclü olan "Seltik"i seçərdim".
