18 may 2016 00:35
"Azərbaycanda yaxşı futbol oynamağı bacarırlar"
Makedoniya yığmasının müdafiəçisi Daniel Moysov Avstriyada Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının gənclərdən ibarət heyətinin olduğunu bilirəm. Amma kifayət qədər səviyyəli və keyfiyyətli futbolçulardır. Son illər hamımız Azərbaycan futbolunun necə inkişaf etdiyini görürük. Klublarınız da Avropada uğurlu çıxış edir. Bu da ondan xəbər verir ki, Azərbaycanda yaxşı futbol oynamağı bacarırlar. Amma düzünü desəm, adla tanıdığım futbolçu yoxdur".
