AÇ-nin finalında İspaniya - Portuqaliya dueli olacaq!
Azərbaycanda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatında bu gün yarımfinal görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, hər iki yarımfinal görüşü eyni gündə baş tutub.
Öncə “Dalğa Arena”ya Portuqaliya ilə Hollandiya yığmaları çıxıbar. Qarşılaşma portuqalların inamlı qələbəsi ilə başa çatıb. Nəticədə, yığmamızın yer aldığı A qrupundan çıxan bu komanda ilk finalçı olub.
Digər yarımfinal cütlüyündə isə Almaniya İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı Azərbaycan əsilli hücumçusu Renat Dadaşovun qoluna sevinən Almaniya yığması açıb. Amma matçın sonlarında iki qol vuran ispanlar əzmkar qələbə sayəsində finala çıxıblar.
Beləliklə, mayın 21-də "Bakcell Arena"da keçiriləcək final oyununda Portuqaliya ilə İspaniya üz-üzə gələcək.
17 yaşlıların Avropa çempionatı
Yarımfinal
18 may
Portuqaliya - Hollandiya - 2:0 (1:0)
Qollar: J.Qomes, 25 (1:0). D.Dalot, 56 (2:0).
Baş hakim: Peter Kraloviç (Slovakiya).
Bakı. “Dalğa Arena”.
Almaniya - İspaniya - 1:2 (1:0)
Qollar: R.Dadaşov, 11 (1:0). Ruis, 64 (1:1). Dias, 78 (1:2).
Baş hakim: Bartoş Frankovski (Polşa).
Bakı. “Dalğa Arena”.
