18 may 2016 00:15
AFFA-nın seleksioneri: U-17-nin üzvlərinə Avropa klublarından dəvət gözləyirik
AFFA-nın seleksioneri Riad Rəfiyev ölkəmizdə təşkil olunan U-17 Avropa çempionatının oyunlarını izləmək üçün Bakıya təşrif buyurmuş aparıcı klubların skautlarının millimizin üzvlərinə göstərdiyi maraqdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa çempionatını izləməyə Avropanın müxtəlif klublarının menecerləri gəlib. Azərbaycan yığmasının oyunları zamanı onlar bizim futbolçularla da maraqlanırdılar. Müxtəlif suallar verirdilər, onların harada oynadığı ilə maraqlanırdılar. Özü də bir və ya iki futbolçu ilə deyil, əksəri ilə. Artıq təkliflər gözləyirik. Düzdür, maraqlanan klublar Almaniya "Bavariya"sı, İspaniya "Real"ı deyil, amma Avropanın sanballı klublarıdır".
