17 may 2016 19:20
Millimizin futbolçusu Duysburqa keçir
Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratla maraqlanan komandaların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Almaniya mətbuatı 23 yaşlı futbolçunun ikinci Bundesliqada çıxış edən "Duysburq"a keçmək variantının daha çox olduğunu bəyan edib.
Tərəflərin artıq bu keçidlə bağlı razılığa gəldiyi iddia olunur. Hazırda Eratın "Fortuna" ilə müqaviləsinin müddətinin rəsmən başa çatması gözlənilir (iyunun 30-u). Futbolçu yalnız bundan sonra "Duysburq"la müqavilə imzalayacaq.
Qeyd edək ki, "Duysburq"la həmçinin "Proysten" və "Osnabryuk" klublarının da maraqlandığı bildirilir. Lakin bu komandalar 3-cü Bundesliqada mübarizə aparır.
