17 may 2016 18:40
Ramin Musayev Birinci Divizionun bombardirini mükafatlandırdı
Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2015/2016-cı illər mövsümünün bombardiri mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasına dəvət olunan Röyal Nəcəfov (24 qol, MOİK) mükafatına qovuşub.
Mövsümün ən sərrast oyunçusuna mükafatı Peşəkar futbol Liqasının prezidenti Ramin Musayev təqdim edərək, uğurlar arzulayıb. (PFL)
