17 may 2016 17:20

Budaq Nəsirov: Milliyə dəvəti arzulasam da, gözləmirdim

"Kəpəz"in yarımmüdafiəçisi Budaq Nəsirov Azərbaycan millisinin qarşıdakı Avstriya toplanışına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bunu nə qədər çox arzulasam da, yığmadan dəvət gözləmirdim. Məşqdən sonra menecer zəng etdi və yığmaya dəvət aldığımı bildirdi. Buna görə çox şadam. Ümid edirəm ki, özümü göstərə biləcəyəm".

Nəsirov bu dəvətin onun üçün niyə gözlənilməz olduğunu da açıqlayıb: "Çünki adım ilkin açıqlanan siyahıda yox idi. Mənim adımı sonradan həmin siyahıya daxil etdilər. Etiraf edim ki, milliyə çağırılacağımı düşünmürdüm də. Yığmaya layiq olub-olmadığıma dair fikir bildirmək istəmirəm. Baş məşqçi hər şeyi özü görür və kimləri dəvət etmək lazım olduğunu yaxşı bilir. Əlbəttə, həyəcan var. Çünki bu, mənim milliyə ilk dəvətimdir".

Qeyd edək ki, baş məşqçi Robert Prosineçki daha iki futbolçu ilə yanaşı, Budaq Nəsirovu da mayın 27-də Avstriyadan Sloveniyaya, U-21 yığmamızın düşərgəsinə yollayacaq.

Nəsirov mövsümün son turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan və bürünc medl qazanmaq şanslarından da söz açıb: "Bizə "İnter"in xal itirməsi sərf edəcək. Amma öz oyunumuz zamanı digər görüşün nəticəsi ilə maraqlanmayacağıq. Öz oyunumuza köklənməliyik. Üçüncü yeri tutacağımıza çox ümidliyəm. İstərdim, bu tur "Zirə" "İnter"ə qalib gəlsin, biz də "Qəbələ"yə. Biz bu heyətlə bürünc medallar uğrunda mübairzə apara biliriksə, Avropa Liqasında niyə uğur qazanmayaq ki? Allah eləsin ki, Avropada da öz gücümüzü göstərə bilək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.