17 may 2016 14:40

Murad Səttarlı: Belə davam etsə, yeni klub axtarmalı olacağam

AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlının azerisport.az saytına müsahibəsi

- Millinin mart toplanışına dəvət olunsanız da, Qazaxıstana qarşı yoxlama oyununda (0:1) meydana buraxılmamışdınız. Bunu nəzərə alsaq, Avstriya toplanışına dəvət gözləyirdiniz?
- Gözlədiyimi desəm, yalan olar. Amma üzərimdə çox çalışırdım ki, mənə də dəvət göndərsinlər. Ümid edirəm ki, bu dəfə oynamaq şansım da olacaq. Özümü göstərmək istəyirəm. Yığmaya dəvət almaq yaxşıdır, amma oynamaq da istəyirəm. Sadəcə, toplanışda iştirak etməklə kifayətlənmək istəmirəm.

- Mövqeyinizdə hansı futbolçularla rəqabət aparacağını bilirsiniz. Komandada möhkəmlənmək şansınız var?
- Mənim mövqeyimdə oynayan futbolçu bir deyil, iki deyil. Əfran İsmayılov var, Elvin Məmmədov var, son dövrlər yaxşı forma yığan Namiq Ələsgərov var. Onların yığmada təcrübəsi də böyükdür. Ona görə də onlar mart toplanışında oynamaq şansı qazandılar, mən isə yox.

- Bəs xorvatiyalı baş məşqçi mövqeyinizi dəyişsə, onda necə?
- Rusiyada oynayanda hücumçu kimi çıxış edirdim. Azərbaycanda isə məni texnikama və sürətimə görə, eyni zamanda boyum kiçik olduğu üçün yarımmüdafiəyə keçirdilər. Hücumçu kimi daha çox ÇSKA-da oynamışam. Yığmada isə hər şeyə Robert Prosineçki qərar verəcək.

- Sizə elə gəlmir ki, yığmada möhkəmlənməyinizə AZAL-da çıxış etməyiniz mane olur?
- Demək çətindir. Amma fakt odur ki, məhz bu klubda daha çox oynamaq şansı qazanıram. Əvvəlki formamı bərpa etməyimə də məhz bu klub yardımçı oldu.

- Yığma üzvlərinin bir hissəsi Azərbaycan kubokunun final matçında da iştirak edəcəyi üçün yəqin ki, Andorra ilə yoxlama oyununu buraxacaqlar. Belə olan halda siz millidə debüt edə bilərsiniz...
- Artıq bu barədə düşünmüşəm (gülür). Belə bir imkan yaransa, bundan yararlanmağa çalışacağam.

- Cəmi bir neçə tur öncəyə qədər hər kəs AZAL-ın Avropa Liqasına gedəcəyindən danışırdı...
- Bizi çox tez təbrik etməyə başladılar. Son turlarda oyunumuz alınmır. Digər tərəfdən "Neftçi" də yaxşı forma yığıb. Həm bizə qalib gəldilər, həm də digər rəqiblərinə.

- "Neftçi"dən öndə qalmağınıza nə mane oldu? Bəlkə rəqib komandanın üzvləri sizdən fərqli daha çox, vaxtı-vaxtında maaş aldığına görə belə oldu?
- Bəlkə də elədir. Biz isə iki aydır maaş almırıq.

- Növbəti mövsüm üçün planlarınız necədir?
- Gözləyirəm və inanıram ki, AZAL-da maliyyə vəziyyəti yaxşılaşacaq, mən də başqa klub axtarmayacağam. Hələ ki, heç bir klubla danışıq aparmıram. Amma hər şey indiki kimi olsa, yeni variantlar barədə düşünməli olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.