Hakimi təhqir edən oyunçu 4 matç cəza aldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 34 və 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qarabağ” – “Qəbələ” matçında (34-cü tur) “Qəbələ”nin futbolçusu Sahil Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçında (34-cü tur) “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Sumqayıt” – “Rəvan” matçında (34-cü tur) “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Xəzər Lənkəran” – “Sumqayıt” matçında (35-ci tur) “Xəzər Lənkəran” və “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 34-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
