17 may 2016 12:00

Tahir Süleymanov: Xəzər Lənkəran elitada saxlanılmasa, dağılacaq

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- Ötən gün AFFA cəmi səkkiz kluba növbəti mövsüm Premyer Liqada oynamağa lisenziya verdi. Sizcə, bu, normaldır?
- Belə məsələlərə həmişə kompleks yanaşıram. Futbolun inkişafına dair dövlət proqramı necə yerinə yetirildi ki, biz indi Premyer Liqada oynatmağa klub tapa bilmirik? Bu on il ərzində futbola yüz milyonlarla dollar xərcləndi. AFFA-nın lisenziyalaşdırma qrupu da diktator rejimində çalışmamalıdır. Bölgələrdə futbolun inkişafına dəstək olmaq lazımdır. Ağdaşda həvəskar komandanın oyununa hər dəfə 1500-2000 azarkeş gəlir. 90-cı illərdə müharibənin getdiyi bir vaxtda stadiona on minlərlə insan gəlirdi, amma indi ölkəmizdə hər şeyin yaxşı olduğu bir vaxtda arenalar boş qalır. Bu mövsümün əvvəlində "Rəvan"ı özləri Premyer Liqaya qaytarmamışdılar? Məgər onların lisenziyası qaydasında idi? "Xəzər Lənkəran"ı xilas etmək lazımdır, lisenziyadan məhrum etmək yox.

- Deməli, klublara güzəşt edilməsinin tərəfdarısınız?
- Məsələ güzəştdə deyil. Futbolu xilas etmək lazımdır. Mən peşəkarlığın tərəfdarıyam. Amma vəziyyət bu həddə gəlibsə, məsələni diktator üsulları ilə həll etmək olmaz. Azərbaycan İspaniya və ya İtaliya deyil. Başqa klublarımız da yoxdur. Bu klubları da elitadan uzaqlaşdırandan sonra lisenziya verənlər özləri çıxıb çempionatda oynayacaqlar?

- Sizcə, növbəti mövsümdə elitada neçə komanda olmalıdır?
- Mən "Xəzər Lənkəran"ın aşağı diviziona göndərilməsinin əleyhinəyəm. Heç bu klubun Birinci Divizionda oynamağa razılaşacağına da inanmıram. Elitaya buraxılmasa, bu klub da dağılacaq. "Neftçala" ardıcıl ikinci mövsümdür Birinci Divizionun qalibi olur, amma elitaya buraxılmır. Mən klublarda hər şeyin ideal olduğunu iddia etmirəm. Çatışmazlıqlar var. Bu da orada qeyri-peşəkar insanların çalışmasından irəli gəlir. Amma mən qorxuram ki, sabah hətta "Qəbələ" kimi klub da futbola pul yatırmaqdan imtina etsin.

- "Neftçi"ni bütün mövsüm boyu tənqid etdiniz. İndi bu komandanı bir qədər tərifləmək istəməzsiniz?
- Tərifləməyəcəyəm, sadəcə, düzünü deyəcəyəm. Son nəticələr göstərdi ki, bakılılar əbəs yerə tənqid olunmurdu. Məhz tənqidlər öz bəhrəsini verdi. Hər şey Vəli Qasımovun baş məşqçi postuna təyinatından sonra dəyişdi. O, köməkçilərini də dəyişdi. Bu, düzgün yanaşma idi. Araz Abdullayevlə Anyete bir müddət ehtiyatda qalmalı oldu. Bu da narazılıq olmaması üçün atılan addım idi. Qasımovu dəstəkləyirəm. Amma mövsümün sonunda komandanın 99% faiz legioneri yola salınmalıdır.

- Vəli Qasımov da postunda qalmalıdır?
- Şübhəsiz. O, hətta "Neftçi" kuboku qazana bilməyəcəyi təqdirdə də postunda qalmalıdır. Qasımovun baş məşqçi postundan ayrılması böyük və bağışlanmaz səhv olar.

- Bəs bu komanda kuboku qazana bilərmi?
- "Neftçi" ardıcıl beşinci dəfə finalda oynayacaq. İki dəfə qalib gəlib. "Qarabağ" güclüdür, amma "Neftçi" də zəif deyil. Düzgün hazırlıq keçsələr, kuboku qazanmaq şansları var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.