17 may 2016 11:40
AZAL-ın qapıçısı Xorvatiya və İsveçrə ilə oyunlara dəvət aldı
Moldova yığmasının Xorvatiya və İsveçrəyə qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi İqor Dobrovoslkinin dəvət göndərdiyi futbolçular arasında AZAL-ın qapıçısı Stanislav Namaşko da var.
Qeyd edək ki, moldovalıların Xorvatiya ilə dueli mayın 27-də, İsveçrə ilə qarşılaşması isə iyunun 3-də baş tutacaq.
