17 may 2016 11:20
Ze Migel Azərbaycan milli komandasından gedişi haqda danışdı
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ze Migel ölkəmizdən ayrılmasının səbəbləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmadan niyə getdim? Düzünü desəm, bunu açıqlaya bilmərəm. Çünki Azərbaycan yığmasından ayrıldığımı indi öyrənirəm. Başqa heç nə deyə bilmərəm. Yığmanıza qarşıdakı oyunlarda uğurlar".
Qeyd edək ki, ötən həftə Ze Migelin postu Zeynal Zeynalova həvalə olunub.
