17 may 2016 11:00
Prosineçki: Hazırda daha çox Azərbaycandakı işlərimlə məşğulam
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya yığmasının AÇ-2016-nın final mərhələsi üçün açıqlanan heyəti barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda mən daha çox öz işimlə məşğulam. Ona görə də Xorvatiyada baş verən hadisələri xüsusi izləmirəm. Azərbaycan yığmasını 10 gün sonra Andorra ilə yoxlama oyunu gözləyir. Bütövlükdə götürsək, milliyə dəvət alan futbolçular məni təəccübləndirmir. Uşaqların çoxunu yaxşı tanıyırıq. Onlar aparıcı fiqurlar hesab olunurlar". (Index)
