17 may 2016 00:25
Adil Nağıyev: Dəqiq məni yığmaya çağırıblar?
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Azərbaycan yığmasının qarşıdakı Avstriya toplanışına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dəqiq məni yığmaya çağırıblar? Düzünü deyim ki, xəbərim yoxdur. Əlbəttə, yığmaya dəvət olunmağı gözləyirdim. Buna görə şadam. Amma milliyə çağırılacağımı mənə heç kim söyləməmişdi. Ümid edirəm ki, toplanış çərçivəsindəki yoxlama oyunlarında da mənə şans verəcəklər və özümü göstərə biləcəyəm".
