17 may 2016 00:15
"Turan Tovuzun lisenziya baxımından heç bir problemi yoxdur"
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcəkləri barədə gəzən söhbətlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim lisenziya baxımından problemimiz yoxdur. Şübhə etmirəm ki, bu baxımdan AFFA-nın bütün tələblərinə cavab veririk. Sadəcə, biz Birinci Divizionda elə yer tutmuşuq ki, Premyer Liqada oynamağa iddia edə bilmirik. "Turan Tovuz" yalnız o halda çempionata buraxıla bilər ki, ya bizdən üst pillələrdə qərarlaşan komandalar lisenziyalaşdırmanın tələblərinə cavab verməsinlər, ya da elitada iştirakçıların sayı artırılsın. Kənardan çox adam komandamızın Premyer Liqaya buraxılacağını deyir, amma özüm rəsmi olaraq heç nə eşitməmişəm".
