17 may 2016 00:05
Rəvanın vitse-prezidenti: AFFA-nın bu qərarı ilə razı deyiləm
"Rəvan"ın vitse-prezidenti İlqar Axundov AFFA-nın lisenziyalaşdırma qrupunun bu kluba növbəti mövsümdə Premyer Liqada oynamağa lisenziya verməməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəvan" da, "Xəzər Lənkəran" da neçə illərdir Premyer Liqada çıxış edir. Necə AFFA-nın tələblərinə cavab verməyə bilərik axı? Bəs indiyə qədər necə idi? Bu qərarlar qətiyyən razı deyiləm. Çünki klubumuz bütün kriteriyalara cavab verdiyi üçün mövcuddur".
