16 may 2016 20:00
Zirənin prezidenti: Son anadək uğurlu sonluğa ümid etsək də...
"Zirə"nin prezidenti Vüqar Astanov AFFA-nın lisenziyalaşdırma komissiyasının bu kluba avrokuboklarda oynamağa dair lisenziya verməməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əslində, bu, gözlənilən qərar idi. Baxmayaraq ki, biz son anadək müsbət sonluğa ümid edirdik. Amma gördüyünüz ki, UEFA istisnaya yol vermir. Növbəti mövsümə hazırlaşacağıq. Onsuz da mövsümün əvvəlindən bizim hədəfimiz bu qədər böyük deyildi. Kim bilərdi ki, "Zirə" belə möhtəşəm mövsüm keçirəcək? Hər halda bu mövsüm boşa getmədi. Gümüş medal qazandıq. Ən böyük qələbəmiz isə belə bir kollektiv yaratmağımız oldu".
