16 may 2016 19:45
Millinin Andorra və Kanada ilə oyunlarının başlama saatı dəyişdi
Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı Androrra və Kanada ilə yoxlama oyunlarının başlama saatı dəyişib. Azerisport.az xəbər verir ki, mayın 2y-da keçiriləcək Andorra ilə görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) start götürəcək.
Kanada ilə qarşılaşma isə Bakı vaxtı ilə 21:00-da başlayacaq. Həmin görüş iyunun 3-də keçiriləcək.
Qeyd edək ki, millimizi mayın 29-da Makedoniya ilə də sınaq matçı gözləyir. Amma bu matçın başlama saatı açıqlanmayıb.
