16 may 2016 19:30
Samir Məsimov: Mövsümün son oyununu buraxmağım üzücüdür
Sloveniyanın "Domjale" klubunun azərbaycanlı futbolçusu Samir Məsimov çempionatın 35-ci turu çərçivəsində "Çelye"yə qarşı oyunda (0:3) qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hakimin məni meydandan qovması, birbaşa qırmızı vərəqə göstərməsi üçün heç bir fövqəladə hərəkətə yol vermədim. Adi oyun epizodu idi, rəqib futbolçu ilə top uğrunda mübarizə aparırdıq. Qırmızı vərəqəlik hərəkət etdiyimi düşünmürəm. Mövsümün son oyununu buraxmağım üzücüdür".
