Amil Yunanov: Ümid edirəm ki, Robert Prosineçkinin etimadını doğruldacağam
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Robert Prosineçki tərəfindən Azərbaycan yığma komandasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya məni də dəvət etdikləri üçün çox sevincliyəm. Düzünü deyim ki, Robert Prosineçkidən dəvət gözləyirdim. Çempionat oyunlarına da xüsusi motivasiya ilə çıxıram, həm özümü göstərib yığmaya düşmək, həm də komandama kömək etməyə çalışıram. Bundan sonra yığmada özümü yaxşı tərəfdən göstərməyə çalışmalıyam ki, uzun illər bu komandada forma geyinim. Bunun üçün daha çox məşq etmək, milliyə layiq futbolçu olmaq üçün daha çox çalışmalıyam. Ümid edirəm ki, Prosineçkinin etimadını ilk toplanışdaca doğrulda biləcəyəm. Yoxlama oyunlarına gəlincə, şans versələr, özümü göstərmək üçün əlimdən gələni edəcəyə. "Sumqayıt"ı bu toplanışda layiqincə təmsil etməliyəm".
