16 may 2016 16:15

Kamal Quliyev: Birinci Divizion artıq bizlik turnir deyil

"Neftçala"nın baş məşqçisi Kamal Quliyevin azerisport.az saytına müsahibəsi

- Ötən həftə Birinci Divizionun qalibi kimi çempionluq kuboku və medallarınıza qovuşdunuz. Yəqin ki, sevinclisiniz?
- Xüsusi seviniləsi bir şey yoxdur. Çünki hələ də Topaz Premyer Liqasında oynayıb-oynamayacağımızı bilmirik. Bu, bizim ardıcıl ikinci uğurumuzdur. Növbəti dəfə sübut etdik ki, biz artıq böyümüşük və daha səviyyəli turnirdə çıxış etməyə layiqik. Bu, artıq bizim turnir deyil.

- Amma bir halda ki, siz Topaz Premyer Liqasında oynamaq üçün bütün tələblərə cavab vermirsiniz, o zaman günah klubunuzdadır...
- Mən başa düşürəm ki, müəyyən tələblər var və onlara əməl etmək lazımdır. Amma qanun təkcə bizə münasibətdə özünü göstərməməlidir. "Zirə" ötən mövsüm elitaya buraxılanda bu klubun uşaq futbol məktəbi yox idi. İkili standart tətbiq olunmamalıdır. Axı həm də biz dərhal avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayacağıq. Bizə də güzəştə gedə bilərlər.

- "Neftçala"da nə çatışmır ki?
- Birinci divizion klubları arasında heç bir klub bizim qədər lisenziya məsələləri ilə məşğul olmur, bunu sizə dəqiq deyirəm. Mən özüm bu işlə şəxsən məşğul olmuram. Ona görə də məsələdən detallarına qədər xəbərim yoxdur. Meydançamız heç də pis deyil. İnfrastrukturu yaxşılaşdırmağa da hazırıq. Növbəti mövsümün startına qədər xeyli vaxtımız var. Biz Azərbaycan futboluna xeyir verə bilərik. Uşaqlar Birinci Divizionda itib-batırlar. Halbuki, heyətimizdə xeyli yaxşı futbolçu var.

- Bu mövsüm də lisenziya ala bilməsəniz, necə olacaq?
- Biz ancaq müsbət qərar gözləyirik. Ötən mövsüm susdum, amma bu mövsüm bunu edə bilməyəcəyəm. Təəssüf ki, AFFA prezidenti Rövnəq Abdullayevlə görüşmək imkanım yoxdur. Mən ondan Premyer Liqada oynamağımıza icazə alardım.

- "Neftçala" ardıcıl ikinci mövsüm Birinci divizionda çempion olmaqla müasir futbolda heç bir klubun bacarmadığını etdi. Elitaya buraxılmasanız, bəlkə üçüncü dəfə də belə bir uğura imza atıb, tarix yazasınız?
- (gülür) Məsələyə ciddi yanaşsaq, yenə elitaya buraxılmasaq, necə olacağını özüm də bilmirəm. Birinci divizion artıq bizim üçün uşaq bağçasıdır. Mən turnirin zəif olduğunu nəzərdə tutmuram. Əksinə, burada bəzi oyunlar Premyer Liqadakından da maraqlı və gərgin keçir. Kim Premyer Liqa ilə Birinci Divizon arasında uçurum olduğunu düşünürsə, çox yanılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.