16 may 2016 15:30
Qarabağla Neftçi final matçının başlama saatını bildi
"Neftçi" və "Qarabağ" arasında baş tutacaq Azərbaycan kubokunun final matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Amma təşkilatçılar azarkeşləri saat 19:00-dan etibarən mərkəzi arenada gözləyəcəklər. Çünki matçdan öncə estrada ulduzlarının konserti gözlənilir.
Qazonun vəziyyətini korlamamaq üçün bu mövsüm final matçı öncəsi xüsusi açılış mərasimi təşkil olunmayacaq.
