16 may 2016 15:15
Qarabağ çempionluq kubokunu nə vaxt alacaq?
Topaz Premyer Liqasının qalibi olan "Qarabağ" çempionluq kubokunu mayın 20-də alacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu mövsümün sonuncu - 36-cı turu çərçivəsində baş tutacaq AZAL-la oyundan sonra mükafatlandırılacaq.
Qeyd edək ki, sözügedən oyun mayın 20-də "Azərsun Arena"da keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
