16 may 2016 14:00
Dadaşov oynadı, komandası uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Auerbax" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:3. Rüfət bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
