16 may 2016 13:30

Zirəyə avrokuboklarda oynamağa lisenziya verilmədi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilb. Azerisport.az xəbər verir ki, iclasda 2016-2017-ci il mövsümündə UEFA-nın klub və “Premyer Liqa”  yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Zirə” FK.
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Zirə” FK, Sumqayıt FK.
 
Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməmişdir. Bunu nəzərə alaraq, aşağıdakı qərarlar qəbul olunub:
 
1. Klublara çatışmazlıqları aradan qaldırmaq üçün əlavə olaraq 14 gün vaxt verilsin. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix 30 may 2016-cı il müəyyən olunsun.

2. Son tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək.

3. Sənədlərdə olan çatışmazlıqlar müəyyən olunmuş son tarixədək klublar tərəfindən aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmazsa, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq AFFA-nın İcraiyyə Komitəsinə təqdim edəcək. Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən veriləcək. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.