16 may 2016 13:00

Abdullayev 200-ü qolla qeyd etdi

Araz Abdullayev kapitanı olduğu “Neftçi”nin heyətində 200-cü oyununu keçirib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının 35-ci turunun “İnter”lə ev oyununa təsadüf edib.

Bunadək “ağ-qaralar”ın heyətində bütün turnirlərdə ümumilikdə 199 matç keçirən Abdullayev komandasının 4:2 hesablı əzmkar qələbə qazanmasına 1 qolla da töhfə verib. Bu, onun 200-cü matçda 31-ci qolu olub.

Araz ardıcıl 2-ci tur “Neftçi”də yubiley qeyd edir. 34-cü turun “Kəpəz”lə səfər matçında Premyer Liqada 150-ci oyununa çıxan yarımmüdafiəçi 200 matçın artıq 151-ni çempionatda keçirib. O, ölkə kubokunda 27, Superkubokda 1, avrokuboklarda 21 dəfə ağ-qara forma geyinib.

Xatırladaq ki, Araz 2008/09 mövsümündə debüt etdiyi “Neftçi”nin indiki heyətində komandada ən çox oyun keçirən futbolçudur. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.