Rəvandan ilk, Qarabağ 11-də qaldı
“Qarabağ”ın Topaz Premyer Liqasındakı qələbə seriyası qırılıb. Azerisport.az xəbər verir ki, ardıcıl 11 matçda qalib gələn Ağdam klubu “Rəvan”la səfər matçında 1:2 hesabı ilə uduzub.
Qurban Qurbanovun yetirmələri bunadək sonuncu dəfə 23-cü turun “İnter”lə görüşündə xal itkisi ilə üzləşmişdi – 1:1. Əyalət klubu 78 gündən sonra rəqibinin xal qazanmasına üzüldü.
“Qarabağ”ın son məğlubiyyəti isə 19-cu turun AZAL-la matçında qeydə alınmışdı. 2016-cı ilin yanvarın 31-də baş tutan ilk matçında 0:1 hesabı ilə uduzan ağdamlılar ardınca 15 görüşdə xalsız qalmamışdı. 105 günlük məğlubiyyətsizliyi qırılan “göy-qaralar” tarixində ilk dəfə “Rəvan”a uduzub.
Belə ki, Bakı klubu çempiona qarşı keçirdiyi 12-ci matçında ilk dəfə qalib gəlib. Rəqiblərin əvvəlki 11 oyununda 7 qələbəsi olan “Qarabağ” ən pis halda – 4 oyunda heç-heçə etmişdi. (PFL)
