16 may 2016 12:00
Adil Şükürov: 2-ci qolu buraxmaq ağır oldu
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandamı, klub rəhbərliyini və azarkeşlərimizi təbrik edirəm. Azarkeşlərimiz daim bizi dəstəklədilər. Çox çətin oyun oldu. 2-ci qolu buraxmağımız da ağır oldu. Ancaq toparlanıb bırabərliyi təmin etdik”.
