16 may 2016 11:45
Samir Abasov: Bu qələbə bizə çox vacib idi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qalib gəlmək üçün burada idik. Bu qələbə bizə çox vacib idi. "Sumqayıt" yarandığı ildən bu yana tarixində ən çox xalı yığdı. Ən azından öz fanatlarımza bu sevinci bəxş edə bildik. Düzdü, bu, avrokuboklara getməyimiz üçün yetərli deyil. Gərgin oyun oldu. Uşaqlara halal olsun. "Xəzər Lənkəran"ın bu duruma düşməsini heç kim istəmir. İnşallah, əvvəlki komandanı yenidən görərik".
