16 may 2016 11:30

Cavid Tağıyev: Rəvan layiqli qələbə qazandı

"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Çoxlu qol imkanımız oldu. Xüsusilə də buraxılan qoldan sonra. Penaltidən bir qol vura bildik. Amma ikinci topu rəqib qapısından keçirmək heç cür mümkün olmadı. Qırmızı vərəqə də oyunumuza az təsir göstərmədi. Azlıqda oynamaq çətin idi.

- Məğlubiyyətə səbəb "Qarabağ"ın ikinci heyətlə oynaması deyildi?
- Hansı heyətlə oynamağın fərqi yoxdur. "Qarabağ" elə komandadır ki, kimin meydana çıxmasından asılı olmayaraq, hər oyunda qələbəyə oynayır. Sadəcə, bu görüşdə bəxtimiz gətirmədi.

- Sizcə, hesab oyuna görə olmadı?
- "Rəvan" layiqli qələbə qazandı. Onlar mübarizə apardılar. Qələbə qazanıblarsa, deməli, bunu daha çox istəyirmişlər. Biz 11 oyun idi qələbə qazanırdıq. Amma bu dəfə uduzduq. Əlbəttə, təəssüflənirik. Futbolda belə hallar olur. Lakin ələ düşən şansları dəyərləndirsəydik, nəticə tam fərqli olmalıydı.

- "Rəvan" bu qələbə sayəsində son pilləni tərk etdi...
- Rəqibin bu oyuna çox ciddi hazırlaşdığı hiss olunurdu. Həm də onlarda motivasiya daha çox idi. Səhv etmirəmsə, son oyunlarını "Xəzər Lənkəran"a qarşı keçirəcəklər. Son pillənin taleyinə də məhz həmin oyunda aydınlıq gələcək.

- Qurban Qurbanov matçın gedişində çox əsəbi görünürdü, ikinci qoldan sonra hətta ehtiyat oyunçular skamyasını yumruqladı...
- Düzünü desəm, mən bunu görməmişəm. Çünki bütün diqqətim oyunda idi. Oyundan sonra əsəbi deyildi, həmişəki kimi, sakit idi. Səhvlərimizi bizə başa saldı ki, onları təkrar etməyək.

- Çoxdan idi əsas heyətdə oynamırdınız...
- Son dövrlər əvəzedici heyətdə oynasam da, əsas komanda ilə məşqlərimi davam etdirirəm. Bu matçda da öz mövqeyimdə oynamırdım. Buna baxmayaraq, komandama kömək etmək üçün əlimdən gələni etdim.

- "Rəvan"a məğlubiyyət komandanızın "Neftçi" ilə final oyununa daha yaxşı əhval-ruhiyyədə çıxmasına mane olmayacaq?
- Xeyr. Çünki qarşıda AZAL-la da oyun var. Ümid edirəm ki, bu oyunda qalib gəlib, "Neftçi" ilə görüşə yaxşı əhvalla hazırlaşacağıq.

- Mətbuatda sizin yayda "Qarabağ"ı tərk edəcəyiniz iddia olunur...
- Mən özüm də bunu elə ancaq mətbuatdan oxumuşam. "Qarabağ"la hələ daha bir illik müqaviləm var. Başqa klublardan təklif yoxdur. Rəhbərliklə də hələ heç bir söhbətimiz olmayıb. Amma şəxsən özüm komandada qalmağı çox istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.