16 may 2016 11:15
Erat oynadı, Fortuna məğlub oldu
Almaniya Qərb Regional Liqasında 37-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Oberhauzen"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:4. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 56 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.
