16 may 2016 11:00
Nazarov oynadı, Karlsrue son turda bir xal qazandı
Almaniya ikinci Bundesliqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Arminiya Byelefeld"lə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Nazarov bu görüşün 61-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" mövsümü 47 xalla 18 klub arasında 7-ci pillədə başa vurub.
