16 may 2016 01:00
İsrafilov oynadı, Kordoba uduzdu
Futbol üzrə İspaniyanın ikinci liqasında 38-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə autsayderlər qrupunda qərarlaşan "Lyaqostera" ilə qarşılaşıb. Qarşılaşma İsrafilovun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Eddi bu görüşə start heyətdə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 55 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
